Xuan Laporta: "Azərbaycanda olmaqdan məmnunam"
16.11.2024 - 17:38
![Xuan Laporta: "Azərbaycanda olmaqdan məmnunam"](https://apasport.az/storage/news/2024/november/16/big/6738a036b23376738a036b233817317642786738a036b23356738a036b2336.webp)
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.
Apasport.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.
X.Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.
O dəvətə görə Azərbaycana təşəkkür edib:
"Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".
0
0