“Zirə” – “Araz-Naxçıvan” matçının vaxtı açıqlanıb
11.10.2024 - 16:04
![“Zirə” – “Araz-Naxçıvan” matçının vaxtı açıqlanıb](https://apasport.az/storage/news/2024/october/11/big/67091446243c167091446243c2172864826267091446243b467091446243c0.jpg)
Misli Premyer Liqasında III turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
0
0