“Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
02.12.2024 - 16:52

“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov “Zirə”nin transfer siyahısına düşüb.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi “Sabah”da daha çox ehtiyat oyunçular skamyasında oturan Daşdəmirovu heyətinə qatmağı planlaşdırır.
25 yaşlı mərkəz müdafiəçisi özü də daha çox oynamaq istədiyi komandaya keçməyə üstünlük verir.
Rəhman Daşdəmirovun “Sabah”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
“Neftçi”nin yetirməsi olan Rəhman MOİK, “Şamaxı” komandalarında da çıxış edib
- "Murov" və "Abşeron" 3-cü oyunda münasibətlərinə aydınlıq gətirəcək
- Transfer pəncərəsində ən çox pul xərcləyən klublar - SİYAHI
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- "Sumqayıt"ın yetirməsi Region Liqasında
- Adrian Mutu: “Bu cür mesajlar göndərmirəm" - MÜSAHİBƏ
0
0