“Zirə” üç xalı 3 qolla qazandı- YENİLƏNİB
23.10.2026 - 20:55
Bu gün Misli Premyer Liqasında IX turun ilk oyun gününə yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi paytaxt təmsilçisi oyuna üstün başlayıb. Qarşılıqlı qolların vurulduğu dueldə "qartallar" qələbə qazanıb.
Qeyd edək ki, IX turun digər qarşılaşmaları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, IX tur
23 oktyabr
19:00. “Zirə” – “Sumqayıt” 3:2
Baş hakim: Tural Qurbanov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Zirə İdman Kompleksinin stadionu
0
0