Misli Premyer Liqasının 2022/23 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.
Ukraynalı yarımmüdafiəçi Andrey Strijak bu mövsüm bölgə təmsilçisinin formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.
Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatıb.
- Darko Çordaş: “Məncə, Emreli başqa komandada özünü sübut etməli olacaq”
- Millimizin müdafiəçisi: “Onunla görüş komandanı ayıltdı” - MÜSAHİBƏ
- Şeydayev Tailandda xoşbəxt deyil - Türkiyədən təkliflər var
- Xabi Alonso "Liverpul"a keçidi ilə bağlı iddiaları cavablandırdı
- Kənan Kərimov: “Bizim üçün qənaətbəxş nəticələrdir”