"Bornmut"un futbolçusu "Siti"yə keçir
06.01.2026 - 15:24
“Bornmut”un vingeri Antuan Semenyo yaxın zamanda “Mançester Siti”nin futbolçusu olacaq.
Apasport.az xəbər verir ki, qanalı futbolçu “Bornmut” forması ilə son oyununu sabah “Tottenhem”ə qarşı keçirəcək.
Həmin qarşılaşmadan sonra 25 yaşlı vingerin “Mançester Siti”yə transferi ilə bağlı razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.
Semenyo cari mövsümdə İngiltərə Premyer Liqasında 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.
- “Benfika” Türkiyə millisinin üzvü ilə maraqlanır
- Çempionlar Liqası: "Barselona"dan qələbə, “Siti” yenə məğlub oldu - YENİLƏNİB
- DÇ-2022: Argentinanın heyətində dəyişikliklər ola bilər
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
0
0