“Zirə” yarımfinalda uduzdu, 3-cü yer uğrunda oynayacaq
09.09.2023 - 13:09
Rumıniyanın Oradea şəhərində minifutbol üzrə EMF Çempionlar Liqasında yarımfinal oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, “Zirə” finala gedən yolda Monteneqronun “Sabornoq Hrama” komandası ilə qarşılaşıb.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elşad Quliyevin yetirmələri 3-cü yer uğrunda matçda Rumıniyanın AEK klubunu sınağa çəkəcək.
Qeyd edək ki, Çempionlar Liqasında digər təmsilçimiz “Birbaşa Bakı” 1/4 finalda mübarizəni dayandırıb. Onların yolunu isə AEK kəsib.
- Haiti yığmasının baş məşqçisi: “Bu tarixdə ilk dəfədir”
- Region Liqası: 1/4 finalın cavab matçlarının təqvimi açıqlanıb
- “Fənərbaxça”da Tuncay Şanlı dönəmi bitdi – Klub əfsanəsi ilə yollar ayrıldı
- Qurban Qurbanov: "Bu uğuru tək biz yox, xalqımız da gözləyirdi"
- Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb - FOTO
0
0