“Zirə”dən Sadıqov qərarı
30.03.2023 - 17:12
“Zirə”nin futbolçusu Rəhim Sadıqovla bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmağa qərar verib.
Qəsəbə təmsilçisi anlaşması 2024-cü ilin yayında başa çatacaq Sadıqovla daha uzunmüddətli sözləşmə imzalamaq istəyir. Rəhim Rusiya klublarının da diqqət mərkəzindədir. Bu üzdən də zirəlilər onu saxlamaqda israrlıdır.
Qeyd edək ki, 2022-ci ildə "Sumqayıt"dan "Zirə"yə keçən yarımmüdafiəçi cari mövsüm Premyer Liqada 26 oyun keçirib və 5 qola imza atıb.
- “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
- Avropa birinciliyində rekord vuran milli komandamız Bakıya qayıtdı - FOTOLENT
- "Beşiktaş" "Atletiko"nun futbolçusu ilə danışıqlara başladı
- Premyer Liqada ayın ən yaxşı qolu açıqlandı
- "Fənərbaxça"nın "itkin düşən" futbolçusu tapıldı və qovuldu
0
0