!["Zirə"nin Avropa macərası qələbə ilə bitdi - Yenilənib](https://apasport.az/storage/news/2024/august/29/big/66d0b546c458166d0b546c4582172495392666d0b546c457f66d0b546c4580.jpg)
“Zirə” bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.
Apasport.az xəbər verir ki, “qartallar” Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.
Komandalar arasındakı ilk matçda Nikosiya təmsilçisi 6:0 hesablı qələbə qazanmışdı. Evdə isə təmsilçimiz minimal hesablı qələbə qazanıb - 1:0.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust
20:00 Zirə – Omoniya (Kipr) 1:0
Qol: R. Utziq, 79
İlk oyun 0:6
"Zirə”: Tiaqo Silva, Məqsəd İsayev, Ruan Renato, Ange Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyer Zebli, Eldar Quliyev, Rafael Utziq, David Volkov, Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov
“Omoniya”: Fabiano, Alfa Dionku, Senu Kulibali, Amin Xammas, Filip Helander, Evandro, Mateo Mariç, Novika Erakoviç, Velko Simiç, Andronikos Kokulli, Omar Atzili.
Baş məşqçi: Valdas Dambrauskas