3x3 basketbol millimız yarımfinal oyununa çıxacaq
08.06.2025 - 10:57
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.
Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.
Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.
Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.
- "Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
- "Qalatasaray" çempionluq münasibəti ilə forma satışa çıxardı - FOTO
- Bəhmən Həsənov: “Milliləri ləğv edərəm, “Qarabağ” da gedib İspaniyada oynasın” - OFSAYD
- "Araz-Naxçıvan" I Liqa klubuna qarşı
- Fəridə Lütfəliyeva UEFA-dan 3 təyinat alıb
0
0