ABL: IX tura bu gün start veriləcək
11.12.2025 - 09:18
Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.
"Lənkəran" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Saat 20:00-da isə "Naxçıvan" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
"Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir.
Qeyd edək ki, IX tura dekabrın 14-də yekun vurulacaq.
- KL: “Trabzonspor” Finlandiya səfərindən 3 xalla qayıdır, “Atalanta” “Pafos”u məğlub edib - YENİLƏNİB
- Millimiz Asiya Açıq Turnirini 14 medalla başa vurub
- AGF xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib
- Pikenin qayıdış planı
- Meyson Qrinvudun kluba qayıtmasını istəmirlər - TƏCAVÜZ
0
0