ABL: “Neftçi” məğlub oldu
02.05.2025 - 21:41

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasına start verilib.
Apasport.az xəbər verir ki, bu gün həlledici mərhələnin ilk oyunu keçirilib.
Son çempion “Sabah” “Neftçi” ilə qarşılaşıb.
Görüş birincilərin 94:89 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Basketbol Liqası
Final, 1-ci oyun
19:00. “Sabah” – “Neftçi” - 94:89 (19:15, 17:20, 20:27, 38:27)
0
0