ABL: “Neftçi”dən inamlı qalibiyyət
03.03.2025 - 20:56
ABL: “Neftçi”dən inamlı qalibiyyət

Bu gün Azərbaycan Basketbol Liqasında IV dövrəyə start verilib.

Apasport.az xəbər verir ki, XVI turun ilk günündə iki matç keçirilib.

Hər iki görüş A qrupunda baş tutub. Çempionatın liderləri səfər görüşlərinə çıxıblar. “Naxçıvan” “Neftçi” ilə görüşüb. Ötən turda çempionu məğlub edən Naxçıvan təmsilçisi ağır məğlubiyyətə uğrayıb. Murat Dikmenin komandası 44 xal fərqi ilə uduzub.

“Sabah” isə “Sərhədçi” ilə qarşılıb. "Bayquşlar" bu görüşdə çətinliklə üzləşməyiblər. Bütün dövrələri qalib bitirən çempionu yenidən vahid lider olub.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVI tur
A qrupu

19:00. “Neftçi” – “Naxçıvan” - 114:70 (26:15, 29:16, 35:20, 24:19)

19:00. "Sərhədçi" – "Sabah" - 73:89 (16:19, 21:22, 20:22, 16:26)