ABL: “Ordu” “Lənkəran”a, “Naxçıvan” “Abşeron”a qarşı
18.03.2025 - 12:42
ABL: “Ordu” “Lənkəran”a, “Naxçıvan” “Abşeron”a qarşı

Azərbaycan Basketbol Liqasının XIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq.

B qrupunda “Ordu” “Lənkəran”la qarşılaşacaq. A qrupunda isə “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək. 

Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Ordu” - “Lənkəran” görüşü saat 16:00-da, “Naxçıvan” - “Abşeron” matçı isə 19:00-da başlayacaq.