Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Quba" "Ordu"nu qəbul edəcək.
Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" qalib gəlib - 91:83.
Ardınca NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.
Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.
- “Makkabi” Bakıya 13 yarımmüdafiəçi gətirir - SİYAHI
- Belarus idman nazirinin müavini: "Gəncəyə gələndə nostalji hisslər keçirdim"
- Azər Bağırov: "Həqiqətən layiqli qələbə qazandıq"
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- Böyükağa Ağayev: “Faciəyə çevrilir, sanki dünyanın sonudur” - MÜSAHİBƏ