
Azərbaycan Basketbol Liqasının XVI turunda bu gün daha dörd komanda meydana çıxacaq.
Apasport.az xəbər verir ki, B qrupunda “Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüşün start fiti saat 14:00-da səsləndiriləcək. “Sumqayıt” qrupda 20 xalla dördüncü, “Lənkəran” isə 18 xalla sonuncu - altıncıdır.
Günün son matçı A qrupunda “Abeşron”la NTD arasında baş tutacaq. Abşeron Olimpiya Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq. “Abşeron” 21 xalla beşinci pillədə qərarlaşıb. Altıncı olan NTD-nin isə 19 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.
- “Brentford”un ulduzu nəhəng klubların transfer siyahısındadır
- Rəşad Sadıqov: “Mübarizə daha çox idi” - VİDEO
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
- Birinci Liqa: "Qaradağ Lökbatan" və "Zaqatala"dan qələbə - YENİLƏNİB
- "Sivasspor"a haqsızlıq edildiyi təsdiqləndi