"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayıb
21.08.2024 - 19:40
!["Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayıb](https://apasport.az/storage/news/2024/august/21/big/66c60a4bea28d66c60a4bea28e172425479566c60a4bea28b66c60a4bea28c.jpg)
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz ilk görüşdə Şimali İrlandiyanın “Sparta Belfast” kollektivi ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanır.
0
0