Azərbaycan Basketbol Liqasında mövsümə yekun vurulacaq
31.03.2026 - 12:32
Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, XX turun sonuncu oyunu A qrupunda keçiriləcək.
“Sabah” “Abşeron Lions”la qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Turnir cədvəlində “Sabah” 37 xalla liderdir. “Abşeron Lions” isə 36 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sərhədçi” “Sumqayıt”ı (93:89), “Ordu” “Lənkəran”ı (107:65), “Naxçıvan” “Quba”nı (103:96), “Gəncə” “Şəki”ni (84:73), “Neftçi” NTD-ni (93:83) məğlub edib.
0
0