
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda növbəti oyunda çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın Albaniya ilə qüvvəsini sınayacaq.
Millimiz turnirin ilk günündə 3 matç keçirib. Komandamız Ermənistan (21:9), Kosova (14:10) və Kipr (21:16) komandalarınız məğlub edib. Albaniyanı məğlub edəcəyi təqdirdə basketbolçularımız qrup lideri kimi yarımfinala vəsiqə qazanacaqlar.
Avropa kuboku
Təsnifat mərhələsi
B qrupu
9 iyun
14:50. Azərbaycan – Albaniya
Qeyd edək ki, digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparır.
- Azərbaycan və Özbəkistan Dünya Çempionatı üçün birgə namizədliklərini irəli sürüblər
- Güləşçimiz erməni rəqibini məğlub etdi - DÜNYA ÇEMPİONU OLDU
- Avropa çempionatı: Hidayət Heydərov millinin heyətindən çıxarılıb
- Elçin Məsiyev Konfrans Liqası matçına təyinat alıb
- Roi Kehat daha 2 il “Sumqayıt”da - RƏSMİ