Azərbaycan millisi Avropa çempionatında ilk qrup matçını keçirib
                    
                    25.07.2025 - 23:11
                        
                     
                    Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Avropa Çempionatı B divizionunun ilk qrup matçını keçirib.
Apasport.az xəbər verir ki, yığma meydan sahibi Rumıniya komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin 60:34 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millinin növbəti oyunu iyulun 26-da Ukrayna yığmasına qarşı olacaq.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                