Azərbaycan millisi İsveçrəyə məğlub olub- YENİLƏNİB
24.11.2024 - 17:22
![Azərbaycan millisi İsveçrəyə məğlub olub- YENİLƏNİB](https://apasport.az/storage/news/2024/november/24/big/67432de8e0c3467432de8e0c35173245591267432de8e0c3267432de8e0c33.jpeg)
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 4 qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.
0
0