Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xırdalan" və "Sabah" arasında ikinci oyun baş tutacaq.
Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Sabah"ın 101:85 hesablı qələbəsi ilə başa çatıb. "Xırdalan" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.
Qeyd edək ki, yarımfinalın digər cütündə "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb. Mayın 8-də "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda ikincilər 63:61 hesablı qələbə qazanıb. Bu komandalar arasında ikinci oyun sabah gerçəkləşəcək.
- "Səbail" islahatlara başladı - ilk transfer hədəfi
- Region Liqasının final oyununun yeri və başlama saatı bəlli olub
- Şenol Günəş: “Neftçi”yə imkan versən, daha yaxşı oynayır” - MÜSAHİBƏ
- Elmar Baxşıyev: "Əlavə vaxta da hazır idik"
- “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO - VİDEO