"Fənərbaxça"dan ardıcıl 18-ci qələbə, "Qalatasaray" yenə uduzdu
31.03.2025 - 09:23

Basketbol üzrə Türkiyə Super Liqasının 23-cü həftəsində "Büyükçekmece" səfərdə "Qalatasaray"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşma qonaqların 112:110 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə "Büyükçekmece" liqada 10-cu qələbəsini qazanıb. “Qalatasaray” 3-ü ardıcıl olmaqla cari mövsümdə 11-ci dəfə məğlub olub.
"Fənərbaxça Beko" isə "Mersinspor"a qalib gəlib. Beləliklə, "sarı-lacivərdlilər" ardıcıl 18-ci qələbəsini qazanıb.
Qeyd edək ki, "Fənərbaxça" liqada keçirdiyi 23 matçda 1 dəfə məğlub olub.
0
0