Georgi Kondruseviç: “Bunu aradan qaldırmağa çalışırıq”
18.03.2025 - 20:56
Georgi Kondruseviç: “Bunu aradan qaldırmağa çalışırıq”

"Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının XIX turunun "Ordu" ilə görüşünü (65:87) dəyərləndirib:

"Çətin oyun keçdi. "Ordu" qrupumuzun ən güclü komandalarından biridir. Rəqibi qələbə münasibəti ilə tə brik edirəm. Heyətlə bağlı problemlərimiz öz sözünü dedi. Ehtiyat oyunçular skamyasının kasad olması basketçuların daha tez yorulmasına səbəb oldu. Gücümüz yalnız ilk 2 dövrədə mübarizə aparmağa yetdi. Ardıcıl məğlubiyyətlərdən sonra oyunçuların psixoloji problemləri də var. Çalışacağıq ki, bunu aradan qaldırıb komandanı "Şəki" ilə oyuna kökləyək. Müntəzəm çempionatın son turunda evdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, mövsümdə cəmi 3 qələbə qazanan "Lənkəran" yer aldığı qrupda sonuncudur.