"Böyük fasiləyə kimi istədiyimiz şəkildə oynadıq, xallar yığdıq. Amma çox da top itirdik. Bundan da sanki rəqibə enerji ötürdük".
Apasport.az xəbər verir ki, bu sözləri “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.
O, klubunun mətbuat xidmətinə açıqlamasında "Sumqayıt"a 79:85 hesabı ilə uduzduqları matçı şərh edib: “Rəqib oyunun sonuna kimi mübarizə apardı. Geri çəkilmədi. 22 dəfə topu rəqibə verdik. Oyunun sonunu gətirə bilmədik. İlk dövrəni tamamladıq, ikinci dövrə başlayacaq. Bu matçdan dərs çıxarmalıyıq, çatışmazlıqları aradan qaldırmalıyıq, hazırlaşmalıyıq".
Qeyd edək ki, bu, “Gəncə”nin mövsümdə ilk məğlubiyyəti olub.
- Premyer Liqamızın bürünc mükafatçısı TƏHLÜKƏDƏ
- Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"
- Bakıda basketbol üzrə Dünya Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq
- "Ayaks"ın futbolçuları Bakını gəziblər - FOTO
- Matç təxirə salındı, prezident üçün təcili tibbi yardım maşını gəldi