“Lənkəran” ABŞ-li oyunçu ilə yollarını ayırıb - RƏSMİ
11.03.2026 - 16:42
“Lənkəran” ABŞ-li oyunçu ilə yollarını ayırıb - RƏSMİ

“Lənkəran” klubu ABŞ-dən olan basketbolçu Nmeso Nnbedum ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrılıq oyunçunun istəyindən sonra qarşılıqlı razılıq əsasında baş tutub.

Qeyd edək ki, “Lənkəran” 25 yaşlı basketbolçunun ilk peşəkar klubu olub. O, mövsümün əvvəlində komandaya qoşulmuşdu.