Millimiz ikinci görüşündə də məğlub olub
22.08.2024 - 19:52
![Millimiz ikinci görüşündə də məğlub olub](https://apasport.az/storage/news/2024/august/22/big/66c75dde11f9a66c75dde11f9b172434172666c75dde11f9866c75dde11f99.jpg)
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.
Apasport.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupundakı ikinci oyununda meydan sahibləri ilə üz-üzə gəlib.
Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.
Günün ilk qarşılaşmasında seçməmiz İspaniyaya 7:21 hesabı ilə uduzub.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
0
0