Millimiz ilk matçda məğlub oldu
13.03.2026 - 14:23
Millimiz ilk matçda məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokuna məğlubiyyətlə start verib.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan yığma birinci oyununda Kanada ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 16:10.

Milli saat 16:05-də meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək. Yığma sabah İspaniya ilə görüşəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.