Millimiz İspaniya ilə eyni qrupda
21.04.2023 - 16:52
![Millimiz İspaniya ilə eyni qrupda](https://apasport.az/storage/news/2023/april/21/big/6442874047f076442874047f0816820816006442874047f056442874047f06.jpg)
Qadın həndbolçular arasında AVRO-2024-ün seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin rəqibləri də bəlli olub.
Yığmamız 5-ci qrupda yer alıb. Həndbolçularımız İspaniya, Şimali Makedoniya və Litva ilə mübarizə aparacaq.
Qarşılaşmalara bu ilin oktyabrında start veriləcək. Seçmə mərhələ 2024-cü ilin aprelində başa çatacaq.
Qeyd edək ki, AVRO-2024-ün final mərhələsi Avstriya, Macarıstan və İsveçrədə təşkil olunacaq.
0
0