Millimiz Sumqayıt mərhələsinin çempionu olub
27.07.2025 - 19:52
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.
Apasport.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda finalda Latviyaya (15:12) qalib gəlib.
Qeyd edək ki, 1/4 finalda Çini üstələyən yığma (18:12), yarımfinalda Rumıniya təmsilçisi “Rapid” (21:15) üzərində qələbə qazanıb. Komandamız qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.
- Vadjinin sabiq komanda yoldaşı: “Bu səbəbdən “Sent-Etyenn”ə gedir”
- PSJ Liqa 1-də ardıcıl 22-ci dəfə məğlubiyyətsiz qalır
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Barış Şimşek “Bodo Qlimt”in oyununda
- “Qızıl top” səsverməsinin nəticələri: Kim neçə xal toplayıb?
0
0