"Naxçıvan"dan inamlı qələbə
14.01.2025 - 20:53

Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunu keçirilib.
Apasport.az xəbər verir ki, A qrupunda baş tutan matçda "Naxçıvan" "Abşeron"la qarşılaşıb.
Murat Dikmenin yetirmələri 102:82 hesablı qələbə qazanıb.
Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
- Qurban Qurbanov: "Onun futbolçu və məşqçi karyerası məndən üstündür"
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- Britaniyalı boksçu məğlub olduğu rəqiblərini aşağıladı
- Bakıda “Çempionların savaşı” turniri keçiriləcək
- U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb
0
0