
NBA-da müntəzəm mövsüm davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.
46-cı turun oyununda "Portlend Bleyzers" "Oklahoma Tander"i qəbul edib. Hər iki komandanın 100 xal səddini arxada qoyduğu matçda qonaqlar qələbəyə seviniblər.
Qarşılaşmanın ilk periodu bərabərliklə nəticələnib - 27:27. İkinci və üçüncü periodda üstünlüyə yiyələnən "Tander" hesabda önə keçib. Oklahoma təmsilçisi sonluqda 10 xal fərqlə qələbə qazanıb.
Bununla da, komanda liderliyini davam etdirib. "Bleyzers" isə 24-cü pillədə qərarlaşıb.
NBA
Müntəzəm mövsüm
"Portlend Bleyzers" - "Oklahoma Tander" - 108:118
- Millimizin futbolçusu: “Xallar qazanmaqdan başqa yolumuz yoxdur”
- ABL: "Sabah" "Neftçi" ilə üz-üzə
- Oğlan boksçuların yarışında yarımfinalçılar, qızlarda ölkənin ən güclüləri bəlli oldu
- "Mançester Yunayted"in səhmləri ucuzlaşdı - SƏBƏB
- Basketbolçularımızın Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb