"Hədəfimiz qrupda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaqdır".
Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun yeni transferi Nəcəf Babayev deyib.
Basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında ümidli olduğunu söyləyib:
“Ordu” klubu ilə anlaşmamız çox sürətli baş verdi. Artıq komanda ilə məşqlərə başlamışam. Çox gözəl ab-hava var. “Quba” ilə oyuna hazırlıq davam edir. Yeni ilə qələbə qazanmaqla başlamaq istəyirik. Bunun üçün əlimdən gələni etməyə hazıram. İnanıram ki, mövsümün ikinci yarısını yüksək səviyyədə keçirə biləcəyik. Hədəfimiz qrupda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaqdır".
- Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır”
- DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yer almayıb
- Rəşad Sadıqov: “Komandamız ideala yaxın formadadır”
- Paris-2024-də ilk medalçılar bəlli olub
- "Fənərbaxça" tribunasında bölünmə: Azarkeşlər arasında dava düşüb - VİDEO