"Neftçi" yarımfinalda "Abşeron"la üz-üzə
27.04.2025 - 11:21

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, "Neftçi" "Abşeron"la üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.
Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.
Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin açılış görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.
0
0