"Sabah" Çempionlar Liqasında son matçını keçirəcək
16.12.2025 - 09:33
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində "Alba" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. "Alba" və Fransanın "Elan Şalon" kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiyanın "Nimburk" komandası üçüncüdür.
- “Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər
- Maksim Medvedev: "Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirdim"
- “Atletiko” yetirməsi “Betis”də
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- İlqar Qurbanov: “Məşqçilər icazə alırlar ki, taksi sürüm, dolanım” - MÜSAHİBƏ
0
0