Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" Basketbol Klubu heyətini daha bir legionerlə gücləndirib.
Apasport.az klubun rəsmi sosial media hesabına istinadla xəbər verir ki, amerikalı basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb.
2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən və 1.88 m boya malik Trevon "Duke Blue Devils"in heyətində NCCA 1-ci divizionunda çıxış edib. 26 yaşlı basketbolçu 2018/2019 mövsümündə "Miluoki"nin heyətində NBA-də debüt edib. Duval son mövsümü Türkiyə Super Liqasında mübarizə aparan "Manisa BB" klubunda keçirib.
O, 2014, 2015 və 2016-cı illərdə ABŞ millisinin aşağı yaş qruplarının təlim-məşq toplanışına çağırılıb.
- Türkiyə millisi azarkeş sayına görə AVRO-2024-də liderdir - Siyahı
- “Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB
- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- Ayxan Cabbarov: "Əminəm ki, gec-tez Azərbaycanın əsas millisində oynayacam"
- Azərbaycanlı futbolçu Polşada məşqçi oldu - FOTO