“Sabah”dan növbəti qalibiyyət
13.09.2025 - 23:50
“Sabah” BK yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.
Apasport.az xəbər verir ki, komanda yerli "Qarqjday" klubunu 96:92 hesabı ilə məğlub edib.
Bakılılar bundan əvvəl də "Nevezis" (102:82) və "Yuventus" (90:83) üzərində qələbə qazanıb. Komandanın məğlubiyyətləri də olub: Klub “Neptunas”a (88:98), həmçinin “Jalgiris”ə 58:75 hesabı ilə uduzub.
Ümumilikdə, “Sabah” Litva toplanışında yeni mövsümə hazırlığın mühüm tərkib hissəsinə çevriləcək altı yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
- “Qarabağ” - “Olimpiakos” oyununun hakimləri açıqlandı
- "Bayer" və "Milan" Arda Güleri transfer etmək istəyir
- “Mançester Siti” Qvardiolu rekord məbləğə aldı
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub
0
0