“Sabah”ın oyunu təxirə salındı
04.11.2023 - 12:18
![“Sabah”ın oyunu təxirə salındı](https://apasport.az/storage/news/2023/november/04/big/6545fe8a554b36545fe8a554b416990859626545fe8a554b16545fe8a554b2.png)
Azərbaycan Basketbol liqasında II turun oyunu təxirə salınıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat açıqlayıb.
2-ci turun "NTD-INDIGO" və "Sabah" komandaları arasında noyabrın 5-də baş tutmalı olan oyun təxirə salınıb. Bu, "NTD-INDIGO"nun müraciəti və “Sabah”ın razılığı əsasında gerçəkləşib.
Qeyd edək ki, görüşün yeni tarixi hələ dəqiqləşməyib.
0
0