"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
12.04.2026 - 14:49
"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma 86:60 hesabı ilə bitib.
U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzub - 60:67.
Qrup mərhələsində Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gələn (72:61) "Sabah" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olub.
- "Atletiko Madrid" Qrizmanın gələcəyi ilə bağlı qərar verib
- Polşalı məşqçi: “Qarabağ”ın futbolçuları topla danışırdılar”
- Makkolumdan 45 xal, "Pelikans"dan möhtəşəm geridönüş - VİDEO
- Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb
- Brahim Diaz "Real Madrid"lə bağlı qərar verib
0
0