“Şəki”də yeni təyinat
24.09.2025 - 10:43

"Şəki" basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.
Apasport.az xəbər verir ki, bunu Şimal təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.
23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də "Şəki"nin U-12 komandasında işini davam etdirəcək.
Qeyd edək ki, ötən il "Şəki"də köməkçi məşqçi Vüqar Musayev idi.
0
0