"Şəki"nin baş məşqçisi Bedri Meriç "Ordu" ilə keçirilən Azərbaycan Basketbol Liqasının VII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis matç barədə fikirlərini bildirib:
"Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi. Bu komanda ilə ilk matçdakı çatışmazlıqlarımız üzərində yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşdə 20 xal fərqlə uduzmuşduq. Bu gün isə xüsusən müdafiəyə çox diqqət ayırdıq və uğurlu olduq. Komandanın kapitanı Aleks Koldvell bizim üçün çox vacib oyunçudur. Hakimlər tərəfindən onun oyundan çıxarılması bir az haqsızlıq idi. Açığı, bu məqam bizə motivasiya verdi. Bundan sonra komanda daha əzmkar oynadı, əlindən gələni artıqlaması ilə etdi. Ehtiyatdakı bütün oyunçularımız hazır vəziyyətdə olmalıdır. Ehtiyat heyət şansımız çox yüksək deyil. Ona görə də ehtiyacımız olacağı halda, bir gün başqa oyunçumuz ulduza çevrilə bilər".
Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması ikincilərin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb.
- Güləş məşqçilərinin Ümumrespublika seminarına start verilib
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- FİFA rəhbərliyinə qarşı birgə etiraz - UEFA, AFK və KONKAKAF bəyanat yaydı
- Mourinyo hakimi hədəfə aldı: "O, Yamalın dostudur"
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı