“Sumqayıt" heyətini amerikalı legionerlə gücləndirib
02.10.2024 - 16:08
“Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 185 sm boya malik 29 yaşlı oyunqurucusu Kaelen Melounla 1 illik müqavilə imzalayıb.
ABŞ-li basketbolçu buna qədər ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib.
O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.
Qeyd edək ki, buna qədər “Sumqayıt” daha 3 amerikalı basketbolçunu (Derrik Nyuton, Calen Houkins və Ceylon Klark) heyətinə cəlb edib.
- Premyer Liqanı La Liqaya dəyişə bilər
- İdmançımız beynəlxalq turnirdə finala yüksəlib
- “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
- “Zirə”nin futbolçusu oynadı, yığması qələbə qazandı
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
0
0