Türkiyəli basketbolçu "Lənkəran"da
02.10.2024 - 11:53
![Türkiyəli basketbolçu "Lənkəran"da](https://apasport.az/storage/news/2024/october/02/big/66fcf9c171d4266fcf9c171d43172785504166fcf9c171d4066fcf9c171d41.jpg)
“Lənkəran” heyətinə türkiyəli basketbolçu cəlb edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə komandası Efe Baykalın transferini rəsmiləşdirib.
1,95 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib.
Qeyd edək ki, bu, debütantın 7-ci legioner transferi olub. Klub indiyə qədər amerikalılar Filmon Qebrihit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton, Ceremi Berrayt və Andre Bolla ilə müqavilə bağlayıb.
0
0