288 min avroluq məğlubiyyət
19.12.2022 - 16:21

DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olan Fransa millisinin futbolçularının aldığı mükafat bəlli olub.
Apasport.az saytının məlumatına görə, FİFA dünya ikinciliyi üçün Fransa Futbol Federasiyasına 29 milyon avro ödəyib.
Bu məbləğin 30 faizi futbolçu, məşqçi və personal arasında bölüşdürülüb. Hər oyunçuya 288 min avro düşüb. Digər 70 faiz isə qurumun xərcləri və həvəskar futbolun inkişafına yönləndirilib.
Qeyd edək ki, Argentina FİFA-dan 41 milyon avro alıb.
- Millimizin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb
- “Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə başlayır
- "Araz"ın avrokubokdakı rəqibi heyətini “Benfika”nın yetirməsi ilə gücləndirib
- Cüdoçumuz Astanada bürünc medal qazandı
- Avropa çempionatında yeni duet – Ritter və Brikalov yığmamızda
0
0