AFFA nümayəndəsi “Bavariya” - “Çelsi” matçında
14.09.2025 - 18:51
AFFA nümayəndəsi “Bavariya” - “Çelsi” matçında

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.