AFFA nümayəndəsinə UEFA-dan təyinat
08.08.2025 - 11:29
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq.
Qeyd edək ki, "Eqnatiya"nın heyətində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir.
- "Real"ın yarımmüdafiəçisi zədələnib
- Dünyanın ən bahalı 10 müdafiəçisi: İlk 2 pillədə "Siti" imzası
- “Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq”
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- Yığmamızın təlim-məşq toplanışı start götürüb - FOTO
0
0