Argentina açılış matçında qələbə qazanıb
21.06.2024 - 09:17
Bu gecə futbol üzrə Amerika Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin açılış matçında son dünya çempionu Argentina millisi qələbə qazanıb.
Kanada millisi ilə qarşılaşan “tanqoçular” meydandan 2:0 qələbə ilə ayrılıblar.
Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
- DÇ-2026: Açılış günündə faciə - AZARKEŞ DÜNYASINI DƏYİŞDİ
- Quba 2024, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçilib
- Mbappe Ronaldodan sonra bunu bacaran ilk futbolçudur
- Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub - FOTO
0
0