"Arsenal" derbini qazandı və "Siti" ilə xalq fərqini 8-ə çatdırdı
15.01.2023 - 22:42
!["Arsenal" derbini qazandı və "Siti" ilə xalq fərqini 8-ə çatdırdı](https://apasport.az/storage/news/2023/january/15/big/63c44af5ec78263c44af5ec783167380862963c44af5ec77e63c44af5ec780.jpg)
İngiltərə Premyer Liqasının XX turu çərçivəsində baş tutan London derbisini "Arsenal" qazanıb.
Apasport.az xəbər verir ki, "Arsenal" səfərdə əzəli rəqibi "Totenhem"i 2:0 məğlub edib.
Bukayo Saka və Martin Ödeqorun ilk hissədə vurduğu qollar "Arsenal"a növbəti qələbəsini qazandırıb.
Beləliklə, turnir cədvəlinə başçılıq edən "Arsenal" xalını 47-ə qaldırıb və ən yaxın izləyicisi "Mançester Siti"ni 8 xal qabaqlayıb. "Totenhem" isə 33 xalla 5-ci sırada qalıb.
0
0