Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu bəlli olub
29.05.2024 - 17:17
UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermə nəticəsində İngiltərənin "Vest Hem" klubunun hücumçusu Məhəmməd Kudusun Almaniyanın "Frayburq" komandasına vurduğu qol ən yaxşı seçilib.
Turnirin 1/8 final mərhələsinin cavab matçına təsadüf edən həmin qarşılaşma London təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Avropa Liqasının qalibi İtaliyanın “Atalanta” klubu olub.
- “Qarabağ”dan çətin qələbə - YENİLƏNİB
- “Çelsi” yenidən Ronaldoya elçi düşdü
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Sərhat Taşdemir: “Azərbaycan klubları ilə bağlı söz-söhbətlər olsa da...”
- Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub - FOTO
0
0