Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
“Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxacaqlar. Cəbəllütariqin “Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İlk matçda 1:0 hesablı qələbə qazanan “Linkoln” növbəti mərhələyə vəsiqə qazanmağa daha yaxın tərəfdir.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində ilk matçını səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bu raundun oyunları iyulun 23-24-də və 30-31-də olacaq.
- Marko Veşoviç: Hər komandanı məğlub edə bilərik” - MÜSAHİBƏ
- Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO
- “Başakşəhər” Nuno Da Koştanı heyətinə qatıb
- Əfran İsmayılov: “İnanıram ki, Almaniyadan ən az 1 xalla dönəcəyik” - MÜSAHİBƏ
- Premyer Liqa klubunun Asensio planı